22 Aprel 16:56
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Bizim ticarət dövriyyəmiz artır. Hökumətlərarası komissiya fəal işləyir. Əməkdaşlığın iqtisadiyyatın real sektorunda, həm əməkdaşlıqda, həm infrastrukturda çox maraqlı istiqamətləri var. Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir”, - o bildirib.


Müəllif: Teleqraf.com