Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, görüş zamanı cəbhə xəttindəki vəziyyət, eləcə də Ukraynanın ehtiyacları müzakirə olunacaq.
Görüş müttəfiqlərin Normandiya əməliyyatının 80-ci ildönümünə təsadüf edəcək.
Zelenski Fransa parlamentarilərinin qarşısında da çıxış edəcək.