16 İyun 16:37
7 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vanda Türkiyə-İran sərhədində tikilən təhlükəsizlik divarının 173 kilometrlik hissəsi tamamlanıb, 163 kilometrlik hissədə də 3 sıra tikanlı məftillər çəkilib.

Teleqraf.com xəbər verir ki, İranla ən uzun sərhədə malik Vanda qanunsuz keçidlər, qaçaqmalçılıq fəaliyyətləri və terrorçuların sızmasının qarşısını almaq üçün sərhəd xəttində təhlükəsizlik tədbirləri yüksək səviyyədə saxlanılır.

Qonşu ölkə ilə 295 kilometrlik sərhəddə hər cür qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə başlanılan işlər çərçivəsində təhlükəsizlik divarının tikintisi davam etdirilir. İndiyədək 173 kilometrlik hissədə beton divarın inşası tamamlanıb. Aidiyyəti qurumlar qalan hissələrdə də işləri davam etdirirlər.

Komandalar beton divarın 163 kilometrlik hissəsinə 3 cərgə tikanlı məftillər çəkiblər, həmçinin 347 kilometrlik xəndək qazılıb və zədələnmiş hissələr təmir olunub.

Hərəkətə həssas sensorlar, termal kameralar, gecəgörmə durbinləri, optik qüllələr və təhlükəsizlik divarı ilə nəzarət altında saxlanılan sərhəd xəttində təhlükəsizlik qüvvələri həftənin 7 günü 24 saat xidmətlərinə davam edir. İranla sərhədə nəzarət həm də PUA-lar və texnologiyanın bütün imkanlarından istifadə edilərək həyata keçirilir.

Türkiyə dəfələrlə İrana xəbərdarlıq edərək, qanunsuz miqrasiya və terrorçuların keçidlərinin qarşısını almağı tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər