26 İyun 01:37
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Toskana bölgəsindəki dağ kəndlərində ev almaq üçün müraciət edənlərə 10-30 min avro aralığında ödəni. ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli KİV-lərdə məlumat yayılıb.

Bildirilir ki, İtaliyanın Toskana bölgəsinin kənd yerlərində boş evlərin sayı çox olsa da, daşınmaz əmlak qiymətləri kifayət qədər yüksəkdir. Toskana bölgəsinin səlahiyyətliləri, əhalisi azalan dağ kəndlərinə köçəcək insanlara 10.000 ilə 30.000 avro arasında pul ödəyəcəklərini açıqlayıb.

Bir müddətdir ki, İtaliyanın şəhər və kəndlərində əhali böhranı yaşanır. Sakinlər daha yaxşı iş imkanları üçün şəhərlərə köçdükcə, kiçik regional icmalarda durğunluq yaşanır.

Regional şəhərlərdə əhalinin sayını artırmaq və evlərin qəzalı vəziyyətə düşməsinin qarşısını almaq üçün müxtəlif həll yolları təklif edilir


Müəllif: Arzu

Oxşar xəbərlər