26 İyun 01:33
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Manta Ray" adlandırdığı çox məxfi sualtı gəmisinin "Google Earth" proqramında şəkilləri ortaya çıxıb.

Teleqraf.com "New York Post" qəzetinə istinadən xəbər verir ki, çəkilən görüntü sürətlə gündəm olub.

Şəkillərdən "Manta Ray"ın Kaliforniyadakı "Port Hueneme" dəniz bazasında olduğu görünür.

Aerokosmik və müdafiə nəhəngi "Northrop Grumman" tərəfindən istehsal edilən "Manta Ray" yanacaq doldurmağa ehtiyac olmadan uzun müddət okeanda hərəkət etmək üçün nəzərdə tutulub. Bu gəmi suyun dərinliklərində lövbər salmaq qabiliyyətinə malikdir. Bildirilir ki, bu dizayn dəniz canlısından bəhrələnərək yaradılıb. Aylarla dənizin dibində qala bilən aparat ABŞ Hərbi Dəniz Qüvvələrinin uzun mənzilli sualtı silahların yaradılması layihəsinin mühüm tərkib hissəsidir.


Müəllif: Arzu

Oxşar xəbərlər