26 İyun 01:12
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman zalında qaçış aparatında müvazinətini itirən qadın üçüncü mərtəbədən yıxılaraq ölüb.

Teleqraf.com xəbər verir ki, 22 yaşlı qadının həyatını itirdiyi hadisə İndoneziyanın Pontianak şəhərində baş verib.

Qadın idman zalında qaçış zolağında üzünü dəsmal ilə qurulamaq üçün dayanarkən müvazinətini itirib. Qaçış zolağı sürətlənməyə davam edərkən qadın geriyə büdrəyərək pəncərədən yıxılıb.

Ətrafdakılar onu xəstəxanaya çatdırsalar da, nəticəsi olmayıb. Hadisədən sonra idman zalı bağlanıb. Polis idman zalı rəhbərliyinin mümkün səhlənkarlığı ilə bağlı araşdırmaya başlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər