26 İyun 02:39
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Rişi Sunakın evinə aksiyaçılar basqın edib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, aksiyanın məqsədi İngiltərə hökumətinin İsrailə silah satmasına, 2021-ci ildən sonra verdiyi neft və təbii qaz lisenziyalarına etiraz etmək olub.

Aksiyaçılar Sunakın ünvanına təhqiramiz ifadələr yazılmış köynək geyinib və malikanənin bağçasındakı gölməçəyə öz nəcislərini atıblar. Bağçaya daxil olan 4 nəfər qısa müddətdə hadisə yerinə gələn polis tərəfindən malikanədən çıxarılaraq nəzarətə götürülüb.

“Gənclik Tələbi” adlı qrupdan verilən açıqlamaya görə, “Oliver” adlı fəal və onunla birlikdə 3 nəfər Sunakın Şimali Yorkşirdəki malikanəsinin bağçasına daxil olub.

Qeyd edək ki, ötən il "Gənclik Tələbi"nin etiraz etdiyi malikanənin qarşısında etiraz aksiyası keçirən 16 ekoloji fəal saxlanılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər