Çinin mayın 3-də ayın Ayın qaranlıq hissəsindən nümunələr toplamaq üçün göndərdiyi “Çanqe-6” kosmik gəmisi missiyasını başa vuraraq Yerə qayıdıb.
Teleqraf.com xəbər verir ki, ayın qaranlıq tərəfindən nümunələr toplayan "Çanqe-6" təxminən 2 ay davam edən uğurlu missiyadan sonra bu gün eniş edib
Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanması üçün ilk kəşfiyyat missiyası olan "Çanqe-6" tərəfindən toplanan nümunələr paytaxt Pekinə göndəriləcək. Alimlər bu nümunələrin dünyanın əmələ gəlməsi ilə bağlı suallara cavab verəcəyini ehtimal edirlər.
Mayın 3-də orbitə buraxılan “Çanqe-6” iyunun 2-də ayın qaranlıq tərəfinə enib, iyunun 4-də isə torpaq və qaya nümunələrinin toplamağı başa çatdırıb. Ayın qaranlıq tərəfinə enən yeganə ölkə olan Çin, 2019-cu ildə "Çanqe-4" missiyasında "Yütu-2" kəşfiyyat vasitəsini ayın qaranlıq tərəfinə göndərdi.
"Çanqe" Çin mifologiyasında "Ay ilahəsi" mənasını verir. Çin 2030-cu ilə qədər Aya ekipajlı kosmik gəmi göndərməyi hədəfləyir.