ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden qanunsuz silah əldə etmə işində təqsirli bilindikdən sonra qanuni səlahiyyətlərindən məhrum edilib.
Teleqraf.com xəbər verir ki, silah almaqda təqsirli bilinən Hunter Baydenin Vaşinqtonda vəkillik fəaliyyəti üçün lisenziyasını dayandırdığını açıqladı.
"Yale Hüquq Məktəbi"nin məzunu olan Hunter Bayden, hüquq dərəcəsini aktiv şəkildə istifadə etməsə də, 2007-ci ildən paytaxt Vaşinqtonda vəkillik fəaliyyəti üçün lisenziya alıb.
Qeyd edək ki, Hunter Bayden 2018-ci ildə narkotikdən istifadə etdiyi dövrdə qanunsuz olaraq odlu silah əldə etməkdə, alış zamanı narkotikdən istifadə edib-etmədiyinə dair suallara yalan ifadələr verməklə federal qanunları pozmaqda və bu silahı qanunsuz saxlamaqda ittiham olunurdu. H. Bayden ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Hunter Baydenin məhkəməsi ilə ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan bir prezidentin oğlu ona qarşı ittihamlarla hakim qarşısına çıxdı.