Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.
Teleqeaf.com xəbər verir ki, III turun son görüşləri E və F qruplarında keçiriləcək.
E qrupunda Slovakiya və Rumniya komandaları Frankfurt şəhərində üz-üzə gələcəklər. Hazırda hər iki komanda 3 xala malikdir. Rumıniya qrup lideridirsə, Slovakiya üçüncü pillədədir. Qrupun digər matçında Belçika və Ukrayna komandaları qarşılaşacaqlar. Bu görüş Ştutqart şəhərində baş tutacaq.
Hər iki oyuna Bakı vaxtilə saat 20:00-da start veriləcək.
26 iyun
AVRO-2024
E qrupu, III tur
20:00. Slovakiya - Rumıniya
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
20:00. Ukrayna - Belçika
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
1 Rumıniya 2 1 0 1 3-2 3
2 Belçika 2 1 0 1 2-1 3
3 Slovakiya 2 1 0 1 2-2 3
4 Ukrayna 2 1 0 1 2-4 3
F qrupunda Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Bu görüş Hamburq şəhərində keçiriləcək. İkinci pillədə qərarlaşan Türkiyə millisi 3, Çexiya isə 1 xala malikdir. Qrupun digər görüşündə Portuqaliya Gürcüstan millisini sınağa çəkəcək. Qarşılşama Helzenkirhen şəhərində reallaşacaq. Lider Portuqaliya millisinin 6, Gürcüstanın isə 1 xalı var.
F qrupunda hər iki oyun 23:00-da start götürəcək.
F qrupu, III tur
23:00. Çexiya - Türkiyə
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion".
23:00. Gürcüstan - Portuqaliya
Baş hakim: Sandro Şörer (İsveçrə).
Helzenkirhen, "Feltins Arena".
Qeyd edək ki, Avropa çempioantına iyulun 14-də yekun vurulacaq.