25 İyun 20:05
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanla dostluq münasibətləri qurmağa hazırdır. Qarşı tərəf də bunu istəməlidir. Axı tanqonu iki nəfər rəqs edir. Nəticə İrəvandan asılıdır".

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Kosaçov bildirib.

“Rusiya Ermənistanla dostluq və müttəfiqlik münasibətləri qurmağa tam hazırdır, biz bu xəttə sona qədər sadiq qalacağıq. Ermənistanın hazırkı rəhbərliyi Rusiyaya qarşı düşmənçilik risklərindən xəbərdardır”, - Kosaçov bildirib.

Eyni zamanda o, əlavə edib ki, Ermənistanın Qərblə yaxınlaşması “məsuliyyətsizlikdir”.

Rusiyalı senatorun fikrincə, “postsovet məkanının digər ölkələrinin timsalında Qərblə yaxınlaşmanın nəyə gətirib çıxardığını görmək olar, ona görə də Rusiya Ermənistan üçün belə bir aqibəti istəmir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər