Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı onuncu təkliflər paketini alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, proses dinamikdir, bəzən irəliləyiş olur, bəzən yox.
“Biz çox çalışırıq”, - Qriqoryan vurğulayıb.