25 İyun 15:48
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Rövşanə Ağasəfqızı Arb televiziyasında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Rövşanə Ağasəfqızı bu sözləri deyib: "Düşüncə, təfəkkür azadlığı önəmlidir. Azadlıq o demək deyil ki, ən qısa paltarı geyinəcəksən. Onu da geyinə bilər. Mənim qızım ürəyi istədiyini geyinir, ümumiyyətlə, onun geyiminə qarışmıram. Amma o, öz çərçivəsini bilir, həddini bilməlidir. Övlada həddi və sərhədi öyrətmək lazımdır. Qadağalarla olmaz.

Bütün dünyada cinayət qadağandır. Bəyəm bununla statistikada cinayət azalıb? Xeyr. Yenə də hər şey valideynin üzərinə düşür. Cəmiyyətdə insan tərbiyə edilməlidir. Ailə institutumuz çoxdan dağılıb. Dəyərlərimiz silinib. Efirdə boşanmalar, mülk davaları... Azadlığın çoxluğu anarxiyadır. Azadlığın da həddi var. Bunu isə yalnız təhsil və maarifləndirmə tənzimləmək olar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər