26 İyun 09:27
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

O bildirib ki, iyun ayının 25-də saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin aşması barədə məlumat daxil olub.

"Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölüb, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər