Türkiyə Müdafiə Nazirliyi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabındakı paylaşımında deyilir.
“Azərbaycan - türk qardaşlarımızın sülh və təhlükəsizliyi naminə qəhrəmancasına və fədakarcasına xidmət edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü mübarək. Bundan sonra da Azərbaycan Silahlı Qüvvələri ilə bir yumruq, bir ürək olacağıq. Bir Millət, İki Dövlət”, - paylaşımda qeyd olunur.