2012-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransanın keçmiş prezidenti Fransua Olland Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, eks-prezident Sosialist Partiyasını təmsil edəcək, onun namizədliyini sol qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyası da dəstəkləyib.
Fransada iyunun 9-da keçirilən Avropa Parlamentinə seçkilərdə sağçı “Milli Birlik” Partiyası 31.36 faiz səs toplayaraq Prezident Emmanuel Makron tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatasının buraxıldığını və erkən parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
Seçkilər iki mərhələdə - 30 iyun və 7 iyulda keçiriləcək.