16 İyun 18:17
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya-Ukrayna münaqişəsinin gedişindən danışarkən, üç-dörd aydan az müddətdə dünyada ciddi toqquşmanın gözlənildiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, Serbiya lideri bunun dünya müharibəsi olmayacağını deyib.

“Üçüncü Dünya Müharibəsi yox, amma böyük bir toqquşmadan danışa bilərəm. Nə qədər uzağıq? İnanıram ki, uzaq deyilik. Üç-dörd aydan çox deyil, daha tez baş vermə təhlükəsi də var”, - Vuçiç vurğulayıb.

Serbiya prezidenti bəyan edib ki, Rusiya ilə Ukrayna arasında vəziyyət günbəgün pisləşir.

“Qatar stansiyanı tərk edib, heç kim onu ​​dayandıra bilməz. Belə görünür. Böyük dövlətlər heç nə etməsə, Ukraynada baş verənlərin acı sonunu görəcəyik. Əminəm ki, tezliklə əsl fəlakət yaşayacağıq”, - Vuçiç əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər