16 İyun 18:57
4 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş Tehranda Rusiya prezidentinin köməkçisi İqor Levitin və Dövlət Dumasının komitə sədri Leonid Slutski ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Tehranda baş tutan görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı durum, çoxtərəfli nəqliyyat anlaşmaları və Rəşt-Astara dəmir yolu layihəsinin həyata keçirilməsi prosesi müzakirə olunub.

Tərəflər tranzitin inkişafını və İran ərazisindən tranzitin həcminin artdığını qeyd ediblər.

164 km-lik Rəşt-Astara dəmir yolu layihəsinin tikintisi ilə Şimal-Cənub dəhlizinin inşasının başa çatdırılması məsələsi də müzakirə olunub.

Görüşdə tərəflər Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması üçün ikitərəfli əməkdaşlığın təkmilləşdirilməsi və çoxtərəfli nəqliyyat sazişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Rəsmilər həmçinin iki ölkə arasında yükdaşımaları artırmaq üçün İran və Rusiya arasında dəmir yollarının inkişafında əməkdaşlığa çağırıblar.

Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycandan da keçir. Bu dəhlizdə Rusiya ilə İran arasında rabitəni yaradan əsas xətt Azərbaycandır. Rəşt – Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsi də bu çərçivədədir.


Müəllif: Mənsur Rəğbətoğlu