16 İyun 21:49
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda itkin düşən daha bir turistin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, bu sayca itkin düşmüş üçüncü turistdir.

Sonuncu dəfə itkin düşmüş amerikalı turist Mitraki adasındakı otelindən yoxa çıxmışdı.

55 yaşlı turistin ölümü Yunanıstanda itkin turist hadisələri arasında ən sonuncusu olsa da, bir həftə ərzində ölkədə ölü tapılan turistlərin sayı üçə yüksəlib. Ölkədə turistlərin itkin düşməsi halları hələ də çoxdur.

Digər amerikalı turist, 59 yaşlı Albert Calibetin isə Amorgos adasında gəzintidən sonra yoxa çıxıb.

Yerli media Yunanıstanın Sikinos adasında itkin düşən iki fransız turistin axtarışlarının da davam etdiyini bildirib.

Məlumata görə, 73 və 64 yaşlı iki qadın turistin axtarış-xilasetmə işlərində yaxınlıqdakı İos adasından könüllülər, yanğınsöndürənlər və polis qrupu iştirak edəcək.


Müəllif: Arzu