Dağıstanda baş verən silahlı qarşıdurma Qərbin Rusiya Prezidenti Vladimir Putinə verdiyi mesajdır.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Güngör Yavuzaslan deyib.
“Bu, son üç ayda baş verən üçüncü aktdır, can itkisi var. Dağıstan təxminən bir-iki aydır aktivdir. 1990-cı illərdə II və II Çeçen Müharibəsi zamanı da Dağıstan və İnquşetiyada toqquşmalar baş vermişdi. Dağıstan çoxdilli, çoxmillətli və çoxkonfessiyalıdır. Sözün həqiqi mənasında Rusiya Federasiyasının xülasəsindən danışırıq.
Dağıstan əhalisinin təxminən 83 faizini müsəlmanlar təşkil edir. Baş verənlərə üç prizmadan baxmaq lazımdır. Birincisi, Ukrayna müharibəsindən sonra kollektiv Qərblə Rusiya arasında qarşıdurma çərçivəsindən. İkincisi, Şimali Koreya ilə Rusiya arasında təhlükəsizlik sazişinin imzalanması dünyaya meydan oxumaqdır. Bunlara Şimali Qafqaz və ya Dağıstanın daxili dinamikası nöqteyi-nəzərindən baxmaq lazımdır. Aktı törədənlərin profillərinə baxanda Moskvadakı konsert zalına hücum edənlərlə bənzərlik görünür. Açıq üzlər, eyni silahlar və sair”, - ekspert bildirib.
Yavuzaslan hücum zamanı dini obyektlərin hədəfə alındığını vurğulayıb:
“Pravoslav kilsəsini hədəf seçdilər, sinaqoqu yandırdılar. Bir keşiş öldürüldü. Fikrimcə, diqqətimizi bura yönəltməliyik. Parvoslav kilsəsi təsadüfən seçilmədi, Rusiya əhalisinin əksəriyyəti pravoslavdır.
Hücumçuların profillərinə baxanda klassik İŞİD və “Əl-Qaidə” ilə oxşar profillər görürük. Eynilərini Moskvada konsert zalında görmüşdük. Həmçinin İstanbulda ayin zamanı kilsəyə hücumda... Bununla Kremlə o mesaj verilir: Ukraynada müharibəni uzadırsan, Şimali Koreyada bizə meydan oxuyursan? Evinin içinə bax”.