3 İyul 22:45
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişir İsmatzoda terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunub.

Teleqraf.com xəbər verir ki, Moskvanın Şerbinski Rayon Məhkəməsi İsmətzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır.

Məşqçinin Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu olduğu bildirilir. Bundan əlavə, İsmətzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.

Şəxs terrorçuluq fəaliyyətinə sövq etmək və cəlb etməkdə şübhəli bilinərək saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər