Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.
İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.
İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.
1/4 finalın son qarşılşamasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.
Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.
AVRO-2024
1/4 final
6 iyul
20:00. İngiltərə - İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
23:00. Niderland - Türkiyə
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.