5 İyul 18:33
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban beynəlxalq məsələlər, o cümlədən Ukrayna ilə bağlı açıq fikir mübadiləsi aparıblar.

Teleqraf.com xəbər verir ki, bunu V.Putin Moskvada V.Orbanla danışıqların yekunları üzrə deyib.

Putin qeyd edib ki, Rusiya və Macarıstan sağlam praqmatizm əsasında bir sıra sahələrdə əməkdaşlığı davam etdirirlər: "Mən cənab Orbanla aktual məsələləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışdım. Orban Kiyevə səfərindən və Ukrayna rəhbərliyi ilə təmaslarından danışıb. O, danışıqlara şərait yaratmaq üçün yanğını dayandırmağa çağırdı. Biz nizamlanmanın müzakirəsinə açığıq, lakin Kiyev bunu istəmir. Çünki hərbi vəziyyət ləğv edilsə, Ukraynada seçkilər keçirilməli olacaq. Reytinqini itirmiş Ukrayna rəhbərliyinin seçkilərdə qalib gəlmək şansı sıfıra yaxındır. Rusiya Ukraynadakı münaqişənin Moskvanın səsləndirdiyi şərtlərlə tamamilə dayandırılmasının tərəfdarıdır”.

Putin əlavə edib ki, Ukrayna qoşunlarının Donbass və Novorossiyadan tam çıxarılmasını münaqişəyə son qoymağın şərtlərindən biridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər