ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli aparmaq istəyir, danışıqlara töhfə verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan amerikalı konqresmen Rocer Uiker deyib.
“Biz vasitəçi olmaq istəyirik, müqaviləni imzalamağa imkan verəcək prinsiplərin formalaşmasına kömək edirik. Əlbəttə, müqavilə imzalanandan sonra həll edilməli məsələlər olacaq. Bizim son məqsədimiz bütün bu regionda sülh, təhlükəsizlik və qonşuların hüquqlarına hörmətin olmasıdır”, - konqresmen bildirib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də mövzu haqda danışarkən qeyd edib ki, ABŞ sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir:
“Bizim dünyanın müxtəlif ölkələri ilə əlaqələrimizdə istifadə edə biləcəyimiz çoxlu alətlərimiz var. Həmçinin bizim müxtəlif ölkələrlə təhlükəsizliklə bağlı strateji əməkdaşlıq və müxtəlif münasibətlərimiz var. Mən bu qarışıq alətlərdən necə istifadə edə biləcəyimizi açıqlamaq istəmirəm, amma ABŞ Ermənistan və Azərbaycan arasında sülh prosesini inkişaf etdirməkdə maraqlıdır və bunu istəyir”.
Senatorlar çıxışlarında Azərbaycanla bağlı cəfəng, qondarma və Ermənistana dəstək xarakterində fikirlər də səsləndiriblər. Belə bir qərəzli mövqe ilə necə "vasitəçi" olacaqları da ayrı bir mövzudur.