5 İyul 15:52
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Qaraçuxur qəsəbəsində körpə küçəyə atılıb. Qəsəbə ərazisindəki birhəftəlik uşaq polis əməkdaşları tərəfindən tapılıb.

Teleqraf.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsindən körpənin vəziyyətini normal olduğu bildirilib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu deyib ki, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsində tapılan körpə xəstəxanadadır:

“Həkimlər onun səhhətini stabil qiymətləndirir. Hazırda polis körpənin valideyinlərinin axtarışlarını davam etdirir”.


Müəllif: Şəbnəm Zahir