5 İyul 21:42
2 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan hökuməti daxilində Avropa Birliyinə (AB) inteqrasiya ilə bağlı fikir ayrılığı yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşrin iddiasına görə, məsələ ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan arasında ziddiyyətlər var:

“Qriqoryanın aşkar anti-Rusiya mövqeyi ilə bağlı heç bir problemi yoxdur, Mirzoyan Qərb üçün daha yumşaq siyasi dəstəkçi hesab olunur ki, bu da tez-tez ikisi arasında qarşıdurma yaradır, Paşinyan da bundan yararlanır.

Hakim partiyadakı mənbəmizin sözlərinə görə, AB-yə üzvlük referendumu məsələsinin qızışması, Paşinyanın sürpriz dönüşü və referendum ideyasını rədd etməsi hakimiyyət daxilində yeni gərginlik dalğasına səbəb olub.

Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanın rəhbərliyi altında fəaliyyət göstərən sorosçular hökumətdən Qərbə doğru daha aktiv addımlar tələb edir, Mirzoyan isə yavaş olmağa, tələsməməyə çağırır.

Sorosçuları ABŞ səfirliyi və Vasilis Maraqosun başçılıq etdiyi AB nümayəndə heyəti dəstəkləyir, hətta Paşinyandan ya bu istiqamətdə siyasətini aktivləşdirməyi, ehtiyatlı xarici işlər nazirini də fəallaşdırmağı, ya da oriyentasiyasının dəyişdiyini açıq şəkildə bəyan etməsini tələb ediblər.

AB dəqiq istiqamət qəbul etməsə, hökuməti təkcə vəd etdiyi 2.6 milyard avrodan yox, apreldə Brüsseldə elan etdiyi 270 milyon avrodan da məhrum etməklə hədələyib. Paşinyan da ehtiyatlıdır, Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır və əlaqələri tamamilə kəsmək onun planlarına daxil deyil. Partiyadaxili gərginliyin hara aparacağına gəlincə, hələlik hakim komandada təxminlər var. Duruma görə ya Qriqoryan, ya da Mirzoyan öz vəzifəsi ilə vidalaşacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər