Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında 1/4 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub.
Teleqraf.com xəbər verir ki, fransızların hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
27 yaşlı futbolçu 67-ci dəqiqədə matça əvəzetmədən daxil olub və sona qədər yüksək səviyyədə çıxış edib.