6 İyul 08:05
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehran, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya və digər şəhərlərində seçicilər küçələrə axışaraq, Məsud Pezeşkianın prezident seçkilərində qələbəsini qeyd edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Görüntülərdə insanların maşınlarını yolda saxladığı, musiqi sədaları altında rəqs etdiyi əks olunub.

Qeyd edək ki, seçkilərin yekun nəticələri açıqlanmayıb. Hazırda səslərin sayılması prosesi həyata keçirilir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər