6 İyul 08:15
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.

Teleqraf.com xəbər verir ki, qonaqların gəlişindən əvvəl Prezident İlham Əliyev Şuşaya yeni köçən sakinlərlə söhbət edib, onların əhvalı ilə maraqlanıb.

Bu zaman Şuşanın yeniyetmə sakinlərindən biri Prezidentə yaxınlaşıb, dövlət başçısı ilə şəkil çəkdirib. Şuşalı qız Ali Baş Komandanın Şuşanın azad olunduğu gün xalqa müraciətində dediyi sözləri təkrarlayıb. Dövlət başçısı həmin an kövrəlib və yeniyetməni bağrına basıb.

Həmin maraqlı anın görüntülərini təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər