5 İyul 13:02
2 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında son 13 ildə ilk görüş sentyabrda baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti rəsmi mənbələrə istinadla yazıb.

Nəşrin iddiasına görə, görüş yeri kimi Rusiya, Bəsrə körfəzi ölkələri və İraq nəzərdə tutulur.

Qeyd olunur ki, rəsmi Dəməşq artıq görüşə hazırlaşır, məkan seçimi də İraqdan yanadır.

“Ankara prosesin sakit məcrada getməsini istəyir. Danışıqların hansı ölkədə aparılacağı Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra bəlli olacaq”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər