6 İyul 11:49
4 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində iyulun 15-dən 24-dək Ermənistanda ABŞ ilə birgə hərbi təlim keçiriləcək.

Teleqraf.com xəbər verir ki, təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qüvvələrinin və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, təlimlər sülhməramlı tapşırıqlar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.

"Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə üzrə qabaqcıl təcrübələri mübadilə etmək, o cümlədən Ermənistan bölməsinin hazırlığını artırmaqdır", - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər