5 İyul 17:58
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonşumuz Suriyaya həmişə dostluq əlimizi uzatmışıq, bundan sonra da uzadacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən bundan əvvəl söyləmişdim ki, Suriya ilə bağlı yeni prosesə başlaya bilərik. Cənab Putin vasitəsilə Bəşər Əsədə dəvətimiz ola bilər. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Ötən illər açıq şəkildə göstərdi ki, Suriyada daimi həll mexanizmi qurulmalıdır. İnfrastrukturu dağıdılan, əhalisi pərən-pərən düşmüş Suriyanın ayağa qalxması və qeyri-sabitliyə son qoyması vacibdir. Yerdəki mövcud sakitlik, qərəzdən uzaq, ağıllı siyasət və həllyönümlü yanaşmalar sülhün qapısını aça bilər. Bölgədəki qeyri-sabitliyin terror təşkilatlarına, xüsusilə PKK/PYD/YPG-yə hərəkətə imkan verməsi problemdir. Suriyanın gələcəyinin qurulması üçün bu terror strukturlarının əməkdaşlıq və ayrı-seçkilik olmadan məhv edilməsi vacibdir”, - Türkiyə lideri bildirib.

Ərdoğan qeyd edib ki, Suriyanın demokratik infrastrukturunu qurmaq, əhatəli və ədalətli sülhü təmin etmək və bütün bunlara Suriyanın ərazi bütövlüyü əsasında yanaşmaq vacibdir:

“Suriyada formalaşacaq sülh mühiti müxtəlif ölkələrə səpələnmiş milyonlarla insanın öz ölkələrinə qayıtması üçün də lazımdır. Qonşumuz Suriyaya həmişə dostluq əlimizi uzatmışıq, bundan sonra da uzadacağıq. Biz həmişə ədalətli, şərəfli və əhatəli müqavilə əsasında bizi bir-birimizə yaxınlaşdıran, firavan, vahid və bütöv Suriyanın yanında olacağıq. Yetər ki, Suriya bu böyük yaxınlaşmanı başlatsın, hər sahədə özünü toplarlasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər