ABŞ Prezidenti Co Bayden Kiyevə 150 milyon dollar məbləğində əlavə hərbi yardım göndərilməsi barədə göstəriş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evin bəyanatında deyilir.
Sənəddə qeyd edildiyi kimi, Bayden ABŞ Dövlət katibi Entoni Blinkenə müdafiə təyinatlı məhsullar ayırmaq səlahiyyəti verib.
Hərbi yardım müdafiə məhsulları və xidmətləri, o cümlədən hərbi təlim və təhsillə bağlıdır.