6 İyul 13:32
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş millisinin və İspaniyanın "Sevilya" klubunun futbolçusu Yusif Ən Nəsiri karyerasını "Fənərbağça"da davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, 27 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 16 milyon avro ödəniləcək.

Bu məbləğ Türkiyə təmsilçisi üçüm rekord hesab olunur. Komandanın indiyə qədərki ən bahalı transferi Cengiz Ündər olmuşdu (15 milyon avro).

Məlumata görə, Ən Nəsiriyə İngiltərə və Səudiyyə Ərəbistanından təkliflər olsa da, futbolçu Joze Mourinyo ilə çalışmaq üçün Türkiyə təmsilçisinin təklifini müsbət qarşılayıb. O, tibbi müayinədən keçdikdən sonra "Fənərbağça" ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ən Nəsiri son mövsümdə "Sevilya" ilə çıxdığı 41 oyunda 20 qol və 3 assistlə yadda qalıb.

O, həmçinin Mərakeş millisində 73 oyun keçirib, 20 dəfə fərqlənməyi bacarıb.


Müəllif: Pərviz

Oxşar xəbərlər