6 Fevral 2015 15:41
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sinəmi parçalanana qədər sıxdılar”

Almaiyanın “Bild” qəzeti Suriyanın Rakka şəhərində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərindən qaçan qadını dindiriblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, dindirilmə zamanı İŞİD terrorçularının şəriət qaydalarına uymayan qadınlara etdikləri dəhşətlər məlum olub.

Qadın yaşadığı anları belə xatırlayıb: “Şəhərdə alış-alış veriş edərkən, bir neçə xanım mənə yaxınlaşdı. Paltarımın şəriət qaydalarına uyğun olmadığını söyləyib, məni bölməyə apardılar. Onlar mənə qamçı və qapan cəzalarından birini seçməmi təklif etdilər. Qamçıdan qorxurdum. Qapan cəzasının nə olduğunu bilmirdim. Daha ağrısız olacağını düşünüb qapan cəzasını seçdim. Qarşıma metaldan düzəldimiş ikigözlü əşya gətirdilər. Sinəmi ona yaxınlaşdırdılar. Əşya döşlərimi parçalanana qədər sıxdı. Ağrıdan qışqırdım. Xəsarət aldığım üçün xəstəxanaya çatdırıldım. Burada öyrəndim ki, bu cür cəzalandırılan qadınların sayı xeyli çoxdur”.

Samir


Müəllif: