Məkan fotolarından görünür ki, Ukrayna qoşunları Sumı vilayətinin sərhədindən 35 kilometr Rusiyanın içərilərinə doğru irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitik hesabatında deyilir.
"Deutsche Welle"nin məlumatına görə, Ukrayna hərbçiləri Kursk vilayətinin bütün ərazisinə nəzarət etmir.
Amerika Müharibənin Tədqiqi İnstitutu Ukraynanın əməliyyat təhlükəsizliyinin təhlükə altına düşməməsi üçün Ukrayna hərbi əməliyyatının məqsədlərini təhlil etməyəcəyini açıqlayıb.
Rusiyalı bloggerlər isə iddia edirlər ki, Ukraynanın kiçik zirehli bölmələri Rusiya qüvvələrinin arxa hissələrinə sıza biliblər. Onlar əməliyyatları yetirnə yetirdikdən sonra istehkamlardan yan keçərək geri qayıdıblar.
ISW-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin daha böyük bölmələri Kursk vilayətinin Ukrayna sərhədinə yaxın hissələrində fəaliyyət göstərir, bəzi mövqeləri möhkəmləndirir. Rusiya ordusunun məlumatına görə, Ukrayna qoşunları Kursk vilayətində əməliyyatlar zamanı innovativ taktika və texnoloji imkanlardan uğurla istifadə edir.