10 Sentyabr 12:27
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna silahlı qüvvələri Rusiya ərazisindən (Kursk vilayəti) çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Biz onları (Ukrayna silahlı qüvvələrini) öz ərazimizdən çıxarmayana qədər danışıqlar aparmayacağıq”, - qurum rəhbəri bildirib.

Şoyqu həmçinin Ukrayna qoşunlarının Kursk AES-ə hücum cəhdini “terrorizmin ən yüksək səviyyəsi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər