20 Sentyabr 08:01
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ hakimiyyəti İsrailin Qəzza zolağı və Livandakı hərbi əməliyyatlarını dəstəkləmir".

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə deyib.

“Söhbətin şimal bölgələrindən və ya Qəzzadan getməsindən asılı olmayaraq, hücum əməliyyatlarını dəstəkləmirik. ABŞ prezidenti Co Bayden İsrailə lazım olarsa, özünü müdafiə etmək üçün dəstək verəcəyimizi açıq şəkildə bildirib”, - deyə o qeyd edib.

Sinq həmçinin bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişənin deeskalasiyasına mane ola biləcək hərəkətlərə qarşıdır. Sinq vurğulayıb ki, mövcud vəziyyətdən ən yaxşı çıxış yolu sülh sazişinin bağlanmasıdır.


Müəllif: Arzu

Oxşar xəbərlər