1 Oktyabr 20:25
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti, deputat və oliqarx Pyotr Poroşenko Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinə təqdim etdiyi bəyanatlara əsasən, təkcə payızın ilk ayında 1 milyard qrivnadan çox varlanıb.

Teleqraf.com xəbər verir ki, Poroşenko təkcə sentyabr ayında sərvətini 1 milyard 132 milyon 465 min qrivnadan çox artırıb.

Bildirilir ki, onun əsas gəlir mənbəyi əsasən Ukraynadan çıxarılan vəsait hesabına alınan qiymətli kağızlardan əldə edilən faizlər və dividendlərdir.

Müharibədən əvvəlki dövrlərlə müqayisədə Poroşenkonun sərvəti müharibə zamanı dəfələrlə artıb. Məsələn, 2019-cu ilin eyni dövrü ərzində Poroşenko 8 milyon qrivnadan bir qədər çox qazanıb. Müharibədən bir il əvvəl, 2021-ci ilin sentyabrında oliqarx agentliyə heç bir qazancının olmadığı barədə məlumat təqdim etmişdi.

Bundan əvvəl mediada Poroşenkonun Ukrayna Silahlı Qüvvələrinə dəstək fondu üçün vətəndaşlar tərəfindən yığılmış 156 milyon qrivnanı bankı vasitəsilə istiqrazlara yatırdığı və 50 milyon qrivna vergisiz mənfəət əldə etdiyi barədə məlumat yayılmışdı.

UNIAN yazır ki, silahlı qüvvələrdə olan vətəndaşlar, Poroşenko Fondu və ona yaxın QHT-dən toplanan ianələr cinayət işlərində şübhəli bilinən şəxslər üçün girovlar və dövlət istiqrazlarının alqı-satqısı ilə pul qazanmaq üçün xərclənib.

Hərbi fond məsələsində Poroşenkonun müavinləri qalmaqalın mərkəzinə düşüblər. Xüsusilə, deputat Kamil Primakov və həyat yoldaşı 2024-cü ilin yanvarında Maldiv adalarında keçirilən ziyafətdə 10 milyon qrivnadan çox dəyərində zinət əşyaları taxarkən görüntülənib. Onlar Ukrayna bölgələrinin müharibədən sonrakı bərpasına dair beynəlxalq konfransa ezamiyyət əvəzinə Maldiv adalarına uçublar.

Həmçinin, “YouControl”un analitik hesabatına görə, Poroşenkonun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyasının 27 deputatı müharibə zamanı bütün digər həmkarlarının hamısından daha çox varlanıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər