1 Oktyabr 22:06
248
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarını bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar daxili cəbhə xidmətinin göstərişlərinə əməl etməyə çağırıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu çıxışı zamanı deyib.

“İsrail vətəndaşları, İranın şər oxuna qarşı kampaniya tam sürətlə davam edir... Sizdən xahiş edirəm... daxili cəbhə komandanlığının göstərişlərinə ciddi əməl edin" - baş nazir deyib.

Netanyahu vətəndaşlara İsrail Müdafiə Qüvvələrinin (IDF) nailiyyətlərini , o cümlədən Hizbullah lideri Həsən Nəsrullahın aradan qaldırılmasını xatırladıb.

"Biz birlikdə dayanacağıq, birlikdə mübarizə aparacağıq və birlikdə qalib gələcəyik" - Netanyahu vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər