BMT Baş katibi Antonio Quterreş Livandakı münaqişənin eskalasiyasından narahatdır və tərəfləri təcili atəşkəsə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarriçin bəyanatında deyilir.
Bildirilib ki, nəyin bahasına olursa-olsun, Livanda genişmiqyaslı müharibədən çəkinmək lazımdır.
S.Dujarriç bildirib ki, Antonio Quterreş Livanın baş naziri Nacib Mikati ilə telefonla danışıb və BMT-nin Livandakı sistemi ölkə daxilində kömək etmək üçün səfərbər edilib.
“Baş katib təmasları davam etdirəcək və onun ərazidəki nümayəndələri vəziyyətin deeskalasiyası üçün səylərini davam etdirəcəklər”, - bəyanatda bildirilib.