İsrail İranın raket hücumuna cavab verəcək.
Teleqraf.com "Times of İsrail"ə istinadən xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Hagari deyib.
“Müdafiə və hücumda gücləndirilmiş hazırlıq vəziyyətindəyik, İsrail vətəndaşlarını qoruyacağıq. Bu raket atəşinin cavabları olacaq. Bizim planlarımız var və biz seçdiyimiz vaxtda və yerdə hərəkət edəcəyik”, - Hagari deyib.