İranın İsrailə raket hücumu nəticəsində yaralananların sayı açıqlanıb.
Teleqraf.com "Times of İsrail"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri məlumat yayıb.
Məlumata görə, Təl-Əvivdə qəlpələrdən yüngül yaralanan yalnız iki nəfərə tibbi yardım göstərilib.
Daha bir neçə nəfər sığınacaq üçün qaçarkən yıxılaraq yüngül xəsarətlər alıb.