1 Oktyabr 21:37
3 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı bu ölkənin Müstəqillik Bəyannaməsinin heç bir hüquqi əhəmiyyət daşımayan sənəd olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzetinin məqaləsində deyilir.

Erməni nəşri İrəvanın Bakının Konstitusiya dəyişikliyi ilə bağlı tələbini yerinə yetirmək üçün hərəkətə keçdiyini bildirir:

“Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı qərarını yayımlayıb. Məhkəmə araşdıraraq bu qərara gəlib ki, Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının işinə dair imzalanmış əsasnamə Konstitusiyaya uyğundur.

Ekspertlərin fikrincə, 33 səhifəlik qərar əsasnamə ilə bağlı yox, Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlıdır. Beləliklə, Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsinin heç bir hüquqi əhəmiyyət daşımadığını bəyan etdi.

Hakimlər də bildiriblər ki, Müstəqillik Bəyannaməsi Konstitusiyanın əhatə dairəsindən kənarda şərh edilməlidir, həmin sənədin heç vaxt konstitusion məqsədi olmayıb.

Azərbaycan uzun müddətdir tələb edir ki, Konstitusiyaya dəyişiklik etmək və Qarabağ məsələsini preambuladan çıxarmaq lazımdır. Paşinyan da təkcə dəyişiklik etmədi, Konstitusiya Məhkəməsinin qərarı ilə bəyannaməni bir kənara atdı”.

Nəşr xatırladır ki, məhkəmənin məlum toplantısında yalnız bir hakim - Hrayr Tovmasyan bunun əleyhinə səs verib.

Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası var. Rəsmi Bakı bunun sülh müqaviləsinə imzalanmasına əngəl yaradan yeganə faktor olduğunu açıqlayıb. Bakı dayanıqlı sülh üçün İrəvandan bu iddianın məlum sənəddən çıxarılmasını tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər