1 Oktyabr 22:58
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Beyrutda Hizbullah rəsmisi ilə birlikdə İran milislərinin komandirinin öldürüldüyünü açıqlayıb.

Teleqraf.com "Times of İsrail"ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 1-də Beyrutun cənub ətraflarında yerləşən Laylaki məhəlləsinə hava hücumu nəticəsində İran milislərindən olan "İmam Hüseyn" diviziyasının komandiri də öldürülüb.

Öldürülən komandirin Dav Alfakher Hinavi olduğunu açıqlayıb.

Bildirilir ki, İmam Hüseyn diviziyası İraq, Suriya və Livandan müharibə zamanı İsrailə çoxsaylı raket və dron hücumları həyata keçirib. Bölmə 2023-cü ilin noyabrında Eylatda məktəbi vuran və ziyan vuran dronun arxasında idi.


Müəllif: Arzu

Oxşar xəbərlər