İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə zəng edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumatda deyilir ki, danışıq zamanı Netanyahu Putindən İranı İsraili vurmamağa inandırmasını xahiş edəcək.
“Hazırda baş nazir Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında İranın bu axşam İsrailə gözlənilən hücumu fonunda telefon danışığı üçün danışıqlar aparılır" - portal qeyd edib.