12:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyeva “Qapqara” verilişində əməkdar mədəniyyət işçisi, mərhum həyat yoldaşı Oqtay Əliyevdən danışıb.

Teleqraf.com xəbər verir ki, aparıcı Kamran Ağın "Sanki siz hələ də Oqtay bəyləsiniz" sualına cavabda Dilarə Əliyeva deyib: "Çox doğru fikirdir ki, mən hələ də Oqtaylayam. Demək, məndən bu enerjini alırlar. Bura qədər az ömür deyil. Biz birgə 30 il ömür yaşadıq. Mən onun gedib-gələn nəfəsini, hansı bir addımıma hansı reaksiya verəcəyin və ya verdiyini, belə anda Oqtay nə deyərdini - bunları o qədər yaxşı hiss edirəm ki, bu enerjim hər kəsə yansıya bilir. Bu sözü ilk dəfə siz dediniz. Mənə elə gəlir ki, Oqtay hələ də yanımdadır. Bu fikri indiyə kimi səsləndirməmişəm".

Dilarə Əliyeva aktyorluq sənətindən də danışıb: "Hərdən elə olur, ayağımı yorğanıma görə uzatmaq istəmirəm. Şərt və şərait imkan vermir ki, tam arzuladığın görüntüyə, olmaq istədiyin yerə sahib olasan. Bu, tək sənin işin deyil. Aktyorluq sənəti kollektiv sənətdir. Hamı burada var olmalıdır".

Qeyd edək ki, Oqtay Əliyev 54 yaşında yol qəzasında dünyasını dəyişib. Qəza nəticəsində xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva yüngül xəsarətlər alıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər