12:44
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Oktyabr ayının 3-də 1976-cı il təvəllüdlü Ayaz Qasımovun Bərdə şəhəri ərazisində 1978-ci il təvəllüdlü Gülnar Qasımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq edilən cinayət işi üzrə Ayaz Qasımova həmin maddə ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər