13:28
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentindəki müxalif partnyorlarımız başqa dövlətin (Rusiyanı nəzərdə tutur – red.) gündəmini izləməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda parlamentində sərhədlərin delimitasiyası komissiyalarının əsasnaməsinin ratifikasiyası məsələsinin müzakirəsi zamanı spiker Alen Simonyan deyib.

“Gündəmimizi ortaya qoymalıyıq, qərara gəldik, xalq da bizi dəstəkləyir, sülhü bərqərar etməliyik. Həmin müddətdə müxtəlif problemlərlə üzləşəcəyik və bunları həll etmək bizim işimizdir. Əgər bu problemlər olmasaydı, sülh müqaviləsi prosesi başa çatacaqdı. İndi dediyim odur ki, başqa məntiqə düşməyin.

Müzakirə olunan sənədi birtərəfli yazmamışıq, onlarla (Azərbaycanla) müzakirə edib razılığa gəlmişik, təktərəfli deyil”, - spiker bildirib.

Simonyan son dövrlərdə Azərbaycanla heç bir müzakirədə hansısa maneə ilə rastlaşmadıqlarını da qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər