20:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hizbullah" hərəkatı bombardmanlar davam etdiyi müddətdə İsraillə danışıqlardan imtina edir".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu hərəkatın mətbuat xidmətinin rəhbəri Məhəmməd Afif bildirib.

Afifin sözlərinə görə, təchizat logistikası bərpa olunduqdan sonra Livanın İsrailə hücumlarının sayı artacaq.

Eyni zamanda Hizbullah nümayəndəsi ABŞ-ı İsrailin cinayətlərinin əsas ortaqları adlandırıb. Afif vurğulayıb ki, Pentaqonun İsrail ordusunu beynəlxalq konvensiya ilə qadağan edilən ağ fosforlu sursat və kaset mərmiləri ilə təmin edir.


Müəllif: Arzu

Oxşar xəbərlər